7 May 2021 15:21
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yeni təyinat olub.

Teleqraf.com xəbər verir ki, YT Parkına icraçı direktor təyin olunub.

Bu vəzifəyə Zaur Şirəli oğlu Nəhmətov təyinat alıb.

Qeyd edək ki, Z.Nəhmətov Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda Bakı Dövlət Universitetinin dissertantıdır. O, uzun illər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində fəaliyyət göstərib, həmçinin özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.


Müəllif: Teleqraf.com