7 May 2021 19:43
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iki hakimə töhmət verilib, birinə irad tutulub.

Bu barədə Teleqraf.com-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, Şurada hakimlər barədə intizam icraatı üzrə işlərə baxılaraq, korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevaya irad tutulub.


Müəllif: Teleqraf.com