9 May 2021 09:46
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir.

Teleqraf.com xəbər verir ki, sonuncu Qədr gecəsi mayın 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.

Xatırladaq ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər