Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, mayın 9-u saat 22:00-a olan məlumatına əsasən Şahbuz, Naxçıvan, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Tərtər, Bərdə, Kişçay (Şəki), Yevlaxda şimşək çaxıb, arabir yağış yağıb.
Qərb küləyi əsib, arabir Naftalanda 34, Tərtərdə 33, Ağdam, Balakəndə 30, Tovuz, Gəncədə 28, Mingəçevirdə 25, Ceyrançöldə 24, Zaqatalada 20, Yevlaxda 19, Gəncə, Şəmkirdə 18, Bərdə, Xaçmazda 16 Bakıda 20, Ələt, Maştağada 18, Binədə 17 m/s-dək güclənib.
Naxçıvanda saat 17:10-da 5 dəqiqə diametri 6 mm , Ağstafada 15:20-15:25 radələrində zəif dolu, Qazaxda 15:40-15:45 radələrində diametri 0,8 mm olan dolu yağıb.