9 May 2021 23:53
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Azad Novruz oğlu Abbasovun 4-cü övladı doğulub.

Teleqraf.com xəbər verir ki, körpəyə Araz adı verilib. Onun səhhəti yaxşıdır.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan A.Abbasov 2020-ci ilin 29 sentyabrında Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Müəllif: Teleqraf.com