“İsmayıllının Buynuz kəndinin qəbiristanı özündən böyükdür. Musa Yaqubun Fəxri xiyabanı...”
Teleqraf.com xəbər verir ki, bu fikirləri Xalq şairi Musa Yaqubun qızı Səhər Musaqızı deyib.
Atası haqqındakı xatirələrini paylaşan Səhər Musaqızı övladı Nərgizin 4-cü sinifdə oxuyanda keçirəcəkləri yeni il şənliyinin ssenarisini hazırladığını deyib: “Qışa aid şerlər axtarırdım. Birdən Səyavuş Məmmədzadənin Azərbaycan dilində kiçik həcmli şerlər kitabı keçdi əlimə. Səyavuş əmi dədəylə dost idi, yazanda demək olar ki, rus dilində yazırdı. Dedim bəlkə bir şer taparam, vərəqlədim, qarşıma “Lənkarana yağan birinci qar” şeri çıxdı.
Şeir belə başlayırdı:
Yadındamı,
Lənkərana yağan birinci qar…
Şeri oxudum, sonra xeyli baxdım, dedim, bu axı Musa Yaqubun qələmidir… Gedib dədəyə dedim, güldü, dedi, Səyavuş o serini rus dilindən tərcümə etdi, mən də yazdım… Amma mən gəlib evdə o şeiri bir də oxuyub, ağladım…
Atamın tərcümə edib, yazdığı şeirlərini, qızlarını, oğullarını yaxşı tanıyıram… Hamınızı bağrıma basıram… Var olun! Ruhun şad olsun, Musa Yaqub. Sonuncu dəfə onunla görüntülü danışanda bu bəndini dedi mənə.
Nahaqlar önündə neçin kiridim,
Qal bu xəcalətdə ağzı kilidim,
Güya bu dünyada neyləyə bildim,
Deyim ki, təzədən gələsiyəm mən”.