10 May 2021 23:56
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Quba şəhərində yaradılmış “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub.

Teleqraf.com-un məlumatına görə, xüsusi karantin rejiminin tələblərinə uyğun keçirilən açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Türkiyə Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağcı, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan təşkilatının təmsilçiləri - təşkilatın İdarə Heyəti sədrinin müavini Rəşad Cabirli, idarə heyətinin üzvləri Alim Şentürk, İrfan Şahin, Hüseyin Yapar və şöbə müdiri Muhterem Öz, Axısxa türklərinin “Vətən” İctimai Birliyinin Respublika təşkilatının sədri İsmayıl Rəhimov və bir qrup rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdən əvvəl rayon rəhbərliyi və qonaqlar Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünü ilə əlaqədar Quba şəhərində Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsini ziyarət ediblər. Daha sonra isə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində iki qardaş dövlətin şərəfinə yaradılmış parkın açılışı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər