Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, nazir və komitə sədrlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Teleqraf.com-un xəbərinə görə, tapşırığa uyğun olaraq, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bu gün Ağdamın Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib.
Ağdam Dövlət Dram Teatrının binasında keçirilən qəbulda Yevlax, Ağdam, Goranboy, Xocalı, Bərdə və Tərtər rayonlarından olan vətəndaşlar iştirak edib. Qəbulda əsasən, mədəniyyət sahəsi üzrə bəzi təklif və müraciətlərə baxılıb.
Müraciətlərdə bir sıra sahələr üzrə ixtisaslı kadr çatışmamazlığı, bir neçə uşaq musiqi məktəbinin fəaliyyəti, “Şur” ansamblının xarici ölkələrə qastrol səfərlərinin təşkili və bu kimi məsələlərdə dəstək verilməsi xahiş edilib.
Daşqın