12 May 2021 17:44
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin və İsrail arasında yaşanan hərbi gərginlik davam edir.

Teleqraf.com xəbər verir ki, “Əl-Cəzirə” kanalı ilk dəfə Fələstindən İsrailə İran raketləri atıldığını açıqlayıb.

“Həmas”ın hərbi qanadı-İzəddin Əl-Kassam Briqadası Qəzzanın İsrail tərəfindən vurulmasından sonra Təl-Əvivi hədəfə alan hücumda ilk dəfə İran istehsalı olan "SH85" model raketlərdən istifadə olunduğunu açıqlayıb. “Əl-Cəzirə” kanalının hadisə yerində olan reportyorları Qəzzadan atılan 200-ə qədər raketin paytaxt Təl-Əviv və ətrafını hədəfə aldığını bildirib. Qəzzadan atılan və İrana aid "SH85" model raketlərin olduğu iddiası ilə yanaşı onun görüntüləri də sosial şəbəkələrdə yayılıb.


Müəllif: Cavad