13 May 2021 17:06
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı bu gün özünün ən qürurlu və gözəl günlərindən birini yaşayır. Şuşada cənab Prezidentlə birlikdə möhtəşəm "Xarıbülbül" festivalında iştirak etməklə çox böyük qürur hisləri keçirdik. Cıdır düzündə Ali Baş Komandanla 30 ildən sonra ilk dəfə belə bir tədbirdə olmaq sözlə ifadə olunan hislər deyil.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.

O bildirib ki, "Xarıbülbül" festivalında Azərbaycan və ölkəmizdə yaşayan digər xalqların müsiqi nömrələri ifa edildi:

“Bu, ölkəmizin zəngin və rəngarəng mədəniyyətə sahib olmasının növbəti təzahürü idi. Şuşaya gedərkən insan qarışıq hislər yaşayır. Bu tarixi şəhərə daxil olarkən dünyanın ən vəhşi, barbar millətinin Şuşanın bütün tarixi və dini abidələrini darmadağın etdiyinin şahidi olursan. Çünki Şuşada Azərbaycan xalqına məxsus bütün izləri ermənilər silməyə çalışıb. Şuşa bu gün sanki bir tikinti meydançasını xatırlatdır. Dövlətimiz tərəfindən bütün tarixi, dini, milli abidələrdə təmir, bərpa, restavrasiya işləri böyük sürətlə həyata keçirilir. Şuşada cənab Prezident tərəfindən Azərbaycanın müasir tarixini özündə əks etdirən məscidin təməli qoyulub. Bu məscid bölgənin, Qarabağın ən gözəl məscidlərindən biri olacaq. Şuşanın ən yüksək nöqtələrindən birində inşa olunacaq məscid Azərbaycanın dini dəyərlərə nə dərəcədə sadiq olduğunun növbəti ifadəsi kimi tarixə düşəcək”.

Ceyhun Məmmədova görə, Ramazan bayramını Şuşada qeyd etmək, o hisləri yaşamaq, "Xarıbülbül" festivalının keçirilməsi xüsusi önəm kəsb edir:

“Məhz yeni bir məscidin təməlinin qoyulması, Şuşada məsciddə bayram namazının qılınması dövlət rəhbərliyinin dini dəyərlərimizə sıx bağlığının təzühürüdür. Cənab Prezident Şuşada festivalın açılışındakı çıxışında bir sıra mühüm mesajlar verdi. Dövlət rəhbəri vurğuladı ki, xalqımızı güclü edən milli, mənəvi, dini dəyərlərimizə olan bağlılığıdır. Azərbaycan xalqı bu günlər özünün ən gözəl və şərəfli tarixini qeyd edir”.

Millət vəkili Şuşaya gedərkən ermənilərin yaşayış məntəqələrində gördüyü acınacaqlı, ümidsiz durumlarından da bəhs edib:

“Bu da sözsüz ki, ermənilərə 10 illiklər boyu rəhbərlik etmiş cinayətkarların qoyub getdiyi mirasın nəticəsidir. Bundan erməni xalqı özü nəticə çıxarmalıdır. Sözsüz ki, Şuşadakı möhtəşəm festivalın sədası Xankəndində də eşidilirdi. Bu da onlar üçün başqa bir mesaj hesab olunur. Bu festivalda Azərbaycanda yaşayan bütün xalqların mədəniyyət nümunələri ifa edildi. Bu da açıq bir ismarış idi ki, Azərbaycan nə dərəcədə müxtəlif qarışıq mədəniyyətlərin qovşağında yaşayan mültikultural bir olkədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər