15 May 13:54
699

"Space" televiziyasından istefa verən Ülviyyə Mikayılova özünə qadağa qoyub.

Ülviyyə Mikayılova Teleqraf.com-a açıqlamasında mətbuata məlumat verməyəcəyini deyib: "Mən jurnalistlərə cavab vermirəm".

Qeyd edək ki, Ülviyyə Mikayılova vəzifəsinin beşinci günündə telekanaldan ayrılmaq qərarı verib.

Xatırladaq ki, Ülviyyə Mikayılova ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.


Müəllif: Rəqsanə Həsənova