Bakı hava limanında heyvanlara qarşı qəddar davranışla bağlı videoyazının yayımlanması faktı üzrə xidməti araşdırmalara başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı məlumat yayıb.
Qeyd olunub ki, araşdırmaların yekununda ictimaiyyətə məlumat veriləcək:
“Bakı Hava Limanı aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır.
Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək”.