17 May 2021 23:43
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu gün evlənən cütlüyün nikah şəhadətnaməsi itib.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.

Belə ki, mayın 17-də 1996-cı il təvəllüdlü Quliyev Azər Xəqani oğlu ilə 1998-ci il təvəllüdlü Salamova Gülnaz Ağaməmməd qızı arasında Bakıda yerləşən 2 saylı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanılıb.

Amma mərkəzdə cütlüyə verilən nikah şəhadətnaməsi onlar evlərinə gedən zaman itib.

Cütlüyə aid şəhadətnəmə sonradan paytaxtın Xətai rayonunda, "Nargilə" kimi tanınan ərazidə tapılıb. Hazırda şəhadətnaməni tapan vətəndaş onu sahiblərinə təqdim etmək üçün cütlüyü axtarır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər