18 May 2021 11:10
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunan ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.

Onun sözlərinə görə, hazırda araşdırma aparılır: "İndi işğaldan azad edilmiş ərazilərdə dövlət qurumlarının infrastruktur əsaslı birgə qiymətləndirilməsi işləri gedir. Dövlət Turizm Agentliyi yolların haradan keçəcəyi aydınlaşdırdıqdan, infrastruktur hazır olduqdan sonra öz qiymətləndirməsini müəyyənləşdirəcək".

Qurum rəsmisi deyib ki, Şuşa həm daxili, həm də xarici turizmdə əsas məkan olacaq: "Şuşa ilə bağlı planlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər