18 May 2021 18:38
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com-un xəbərinə görə, Əsasnamənin 1.2.1-ci bəndinə dəyişiklik edilib.

Dəyişikliklə “ASAN ödəniş” sistemi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolların xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirilməsini, bu barədə inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə (qısa mesaj - SMS vasitəsilə) və elektron ünvanına (olduğu halda) məlumat verilməsini təmin etməlidir.


Müəllif: Teleqraf.com