18 May 2021 21:13
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mayın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənovla Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonda Z.Həsənov və V.Xrenin əməkdaşlıq sənədi imzalayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər