Şuşanın içində ərimişik. Hərəmiz bir parça Şuşa olmuşuq. İndi burda olan hər kəs sanki Şuşanın yeni salınan küçəsidir. Əfsanə şəhərimizə qarışaraq içimizdəki qüruru bu cür böyüdürük. Və 29 ildir yığılıb qalan qəhəri göz və söz yaşlarımıza qarışdırıb ruhumuzdakı Şuşanın dağıdılmış küçələrini asfaltlayırıq, içimiz abadlaşır.
Teleqraf.com Musavat.com-un Şuşa ilə bağlı hazırladığı reportajı təqdim edir: