Gəncə-Sankt-Peterburq aviareysi ilə uçmaq istəyən və koronavirusla bağlı tibbi arayışları saxta çıxan sərnişinlərin fotoları yayılıb.
Teleqraf.com-un məlumatına əsasən, həmin şəxslər may ayının 18-i saat 7 radələrində Gəncə Beynəlxalq Hava Limanına gəlib. Təxminən 5 saatdan artıq orada gözləməli olublar. Daha sonra öz evlərinə dönüblər. Həmin şəxslər Azərbaycanın müxtəlif bölgələrindəndir.
Saxta tibbi arayışla uçmaq istəyən sərnişinlər Sankt-Peterburqdan Rusiyanın digər şəhərinə uçmalı imişlər.
İlkin məlumata əsasən, sərnişinlərin sayı 90-dan artıqdır. Saxta tibbi arayışla uçmaq istəyənlərlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.