19 May 2021 23:27
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu səbəbdən “Davam” Gənclər Hərəkatı üzvləri üçün bir sıra muzeylərə ekskursiya təşkil edib.

Teleqraf.com xəbər verir ki, bir qrup davamçı gəncin iştirakı ilə Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Yeraltı Hamam, Bəylər Məscidi ziyarət edilib. Gənclər həmin yerlərdə yerləşən və Azərbaycanın keçmişini özündə əks etdirən müxtəlif arxeoloji və etnoqrafik materiallar, eksponatlarla tanış olub. Onlar gördükləri nümunələr haqqında bilik və fikir mübadiləsi apararaq ekskursiyanın daha maraqlı olmasını təmin ediblər.

Ekskursiyanın sonunda xatirə fotosu çəkilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər