Bu ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10334 nikah və 3704 boşanma halları qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 olub.
Qeyd edək ki, 2020-ci ilin 3 ayında 12 311 nikah dövlət qeydiyyatına alınmışdı. Boşanmaların sayı isə 3940 təşkil etmişdi. Hər iki göstərici üzrə ötən illə müqayisədə azalma qeydə alınıb.