Yaponiya koronavirusa yoluxma hallarının artması ilə əlaqədar 6 ölkədən turist qəbulunu dayandıracaq.
Teleqraf.com xəbər verir ki, qarşıdakı iki həftə ərzində Tayland, Kamboca, Seyşeller, Sain Lucia, Şərqi Timor və Monqolustandan turistlərin gəlişi qadağan olunacaq.
Qərar 21 maydan etibarən qüvvəyə minir. Qadağa Yaponiya vətəndaşları və Yaponiyada qalma icazəsi olanlara aid deyil.