Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu dəfn edilib.
O, II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
xxx
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlunun cənazəsi Bakıya gətirilir.
Teleqraf.com xəbər verir ki, mayın 19-da doğulduğu Salyan rayonunun Çadırlı kəndindəki ata ocağına gətiriən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb.
Vida mərasimində Salyan Rayon İcra Hakimiyətinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid T.İbrahimov bu gün Bakıda II Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.
O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğurunda gedən döyüşlərə qatılıb.
T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. DNT analizindən sonra onun şəhadətə yüksəldiyi məlum olub.
Allah rəhmət eləsin!/report