Formula 1 Azərbaycan Qran Prisinin yerli media nümayəndələri üçün seminarı keçirilir. Seminar yarış çərçivəsində media işçilərinin fəaliyyət qaydalarına dair yenilənmiş məlumatların çatdırılmasına həsr olunub.
Teleqraf.com xəbər verir ki, bu il keçiriləcək yarışlarda media nümayəndələri iştirak etməzdən əvvəl COVID-19 testi verməlidirlər.
Analizlər 2 iyun saat 09:00-15:00 arasında Hilton oteldə alınacaq.
COVID-19 analizindən keçməyən media nümayəndələrinin yarışda iştirakına icazə verilməyəcək.