21 May 2021 13:13
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

4-6 iyun tarixlərində baş tutacaq Formula1 Dünya Çempionatının Azərbaycan Qran Prisinə son hazırlıq işləri görülür. Bütün funksiyalar üzrə hazırlıqlar öz qaydasında gedir, trasın təmir quraşdırma hazırlıq Formula 1 Azərbaycan Qran Prisi mərhələsi plan üzrə aparılır. Artıq tras boyu istər təhlükəsizlik baryerləri, istərsə də təhlükəsizlik işləri aparılır. Trasın ən son zəruri işləri tras bağlandıqdan sonra yarış həftəsində yekunlaşacaq.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Qran-prisinin Mətbuat xidmətinin rəhbəri Ayan Nəcəfova deyib.

Bakının mərkəzi yollarının mayın 31-dən iyunun 8-nə qədər bağlı olacaq.

Onun sözlərinə görə, komanda heyətlərinin, personalın, təşkilatçı qurumların ölkyə problemsiz və rahat səyahət etməsi üçün lazımı işlər görülür:

"Bu il kiçik yubiley yarışıdır, 5-ci Formula1 yarışı təşkil olunacaq. Çalışırıq ki, həm azarkeşlərin, həm komanda heyətlərinin, həm iştirakçıların tam maraq doğuracağı gözəl yarış təşkil edək. Baxmayaraq ki, bu il azərkeşlər olmadan yarış keçirilir, inanırıq ki, Formula1 həvəskarları yarışı televiziyalar, kütləvi informasiya vasitələri vasitəsilə izləyəcəklər. Ölkəyə təxminən 100-ə yaxın beynəlxalq daimi akkreditasiyası olan media nümayəndələri gələcək. Buraya yayım hüququ olan televiziyalar, yazılı mətbuat və fotoqraflar daxildir. Yerli mediadan isə təqribən eyni sayda media nümayəndələrinin iştirakı təmin olunacaq. Təxminən 120-150 yerli media mərkəzi Hilton oteldə fəaliyyət göstərəcək".

Ayan Nəcəfova əlavə edib ki, yarışın təşkilində bu il də könüllülərin rolu olacaq: "Könüllülərin işə qəbulu, təlimləri başa çatıb. Dünən akkreditasiya və uniforma mərkəzinin açılışı oldu və könüllülərin orada fəaliyyəti çox yüksək səviyyədə təşkil olunub. Əlavə olaraq könüllülər hava limanı əməliyyatlarında, eləcə də medianın işində qeydiyyat məsələlərində çox yüksək səviyyədə iştirak gözlənilir. Adətən 2500 könüllü iştirak edirdisə, bu il pandemiya ilə əlaqədar rəqəm 500-ə qədər endirilib.

Yarışda 1300-ə yaxın marşal iştirak edəcək. Onlar arasında 30-50-ə yaxın əcnəbi marşal yer alacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər