Kürdəmir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.
Teleqraf.com xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.
Dayanma-durma qaydalarını pozan 12 nəfər sürücü barəsində inzibati protokollar tərtib olunub. Kürdəmir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər ilin sonuna qədər davam etdiriləcək.