ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad edilən Ağdam şəhərinə səfəri başa çatıb.
Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olublar.
Eyni zamanda qonaqlar Pənahəli xanın sarayına baş çəkib, tarixi Şahbulaq qalasında olublar.
Nümayəndə heyətinə işğal dövründə ermənilərin Ağdamda törətdikləri vandalizm aktları barədə məlumat verilib.