23 May 2021 12:49
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Federasiyası, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Media Təhlil Mərkəzi Birləşmiş Millətlər Təşkilatının (BMT) 6-cı Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində beynəlxalq maarifləndirmə və təşviqat kampaniyasına qoşulub.

Teleqraf.com xəbər verir ki, kampaniya çərçivəsində nəqliyyatın axınının sıx olduğu küçələrdə, eləcə də məktəb ətrafı ərazilərdə sürət həddinin optimallaşdırılmasının vacibliyi qabardılır.

Küçələrdə sürət həddinin optimallaşdırılması BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərində və Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramında öz əksini tapan, yol nəqliyyat hadisələri sayının azaldılması məqsədinə nail olmaq baxımından da böyük əhəmiyyət daşıyır.

Yol hərəkəti təhlükəsizliyini vacib mövzu hesab edən və bu çağırışa dəstək olmaq istəyən hər bir kəs sosial şəbəkələrdə #love30 #sürətiazalt həştəqləri ilə paylaşım edərək təhlükəsizlik həftəsinə qoşula bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər