Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 9 nəfər “COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 332 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 320 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 886 nəfər təşkil edir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 841, bu günə qədər isə ümumilikdə 3 446 033 test icra olunub.