24 May 2021 10:03
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İğdır bölgəsində sel səbəbiylə Türkiyə-Naxçıvan yolu bağlanıb, təsərrüfat sahalərinə ziyan dəyib.

Teleqraf.com xəbər verir ki, Ağrı dağına yağan güclü yağış selə səbəb olub. Dağda toplanan sel suları, daş və torpaq qalıntıları Iğdırın Aralıq regionundan keçən Türkiyə-Naxçıvan yoluna toplanıb və yolu bağlayıb.

Selin- sularının gətirdiyi daş və torpaq qalıntıları ərazidəki suvarma kanallarını tıxayıb.

Əraziyə aidiyyəti qurumlar cəlb edilib. Bələdiyyədən verilən məlumata görə, 2 məhəllədə maddi sıxıntılar var. Ölən və yaralanan yoxdur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər