5 May 2014 16:46
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə facebook sosial şəbəkəsində onun adına yaradılmış saxta profillə bağlı açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, Vüqar Rəhimzadə bildirib ki, ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarına böyük önəm verildiyi bir dövrdə bəzi qüvvələr bunun ifadəçisi kimi meydana çıxan sosial şəbəkələrdən sui-istifadə edir, müəyyən siyasi maraqlarını gerçəkləşdirmək, ayrı-ayrı şəxslərin nüfuzuna xələl gətirmək naminə yararlanırlar: “Hazırda belə xoşagəlməz münasibətlə üzləşənlərdən biri də mənəm. Bu, artıq ikinci dəfədir ki, baş verir. Ötən il prezident seçkisi öncəsi də adıma saxta profil açmışdılar. İndi həmin profili yenidən aktivləşdiriblər.

Belələri Azərbaycan dövlətinin siyasətinin əsasında dayanan özünü ifadə vasitələrinə dəyər yox, qərəz və hiddəti ifadə etmə vasitəsi kimi yanaşırlar. Bu sui-istifadənin hüquqi cəza mexanizmi var və onun işə düşməsi üçün bütün mümkün imkanlar müvafiq qaydada dəyərləndiriləcək.

Bir daha bildirirəm ki, açılan saxta profildə siyasi əqidəmə və mövqeyimə uyğun olmayan şərhlər, münasibətlər və rəylər yer almaqdadır. Bu, ən azı vətəndaşlıq hüquqlarımın pozulmasıdır”.

Baş redaktorun sözlərinə görə, belə çirkin, yaramaz əməllər onun əqidə və mövqeyinə kölgə sala bilməz: “Bir vətəndaş kimi öz hüquqlarımı qorumaq haqqımı aidiyyəti qurumlardan rica edirəm. Əminəm ki, belə yaramaz əməllərlə məşğul olanlar barəsində ciddi tədbir görüləcək və onların kimliyi geniş ictimaiyyətə açıqlanacaq”.

Naibə


Müəllif: