25 May 2021 16:26
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hazırda idarə əməkdaşları tərəfindən cəmiyyətdə araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, ictimaiyyətə daha sonra bununla bağlı ətraflı məlumat veriləcək.


Müəllif: Hacı Zeynalov