Qəbul imtahanlarında 18 yaşdan aşağı şəxslər iştirak edir. Onlara isə COVID-19 pasportu verilmədiyi üçün abituriyentlərdən bu pasport tələb edilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, imtahanlarda iştirak edəcək işçilərin hər biri peyvənd olunub: "Abituriyentlər imtahana gələndə xəstə olmamalıdırlar, ailələrində də xəstə olmamalıdır. Abituriyentlərdən yalnız imtahana gələn zaman sağlamlıq haqqında bəyannamə tələb ediləcək".