26 May 2021 18:56
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyun-iyul aylarında Bakıda keçiriləcək beynəlxalq idman tədbirləri zamanı polis gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Daxili İşlər Nazirliyində (DİN) keçirilən əməliyyat müşavirıəsində bildirilib.

Qeyd edək ki, bu gün DİN-də Bakı şəhərində baş tutacaq beynəlxalq idman tədbirləri - “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyununun keçiriləcəyi müddətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini zamanı qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən nazir, general-polkovnik Vilayət Eyvazov iyun-iyul aylarında keçiriləcək beynəlxalq idman tədbirləri zamanı da gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdırıb. Nazir, builki yarışların pandemiya dövrünə təsadüf etdiyini və bununla əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacağını bildirib.

Nazir Vilayət Eyvazov keçiriləcək oyunlar zamanı iştirakçıların, azarkeşlərin və ölkəyə gələn qonaqların təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, şəhər ərazisindəki azarkeşlərin toplanma məntəqələrində təhlükəsizliyin gücləndirilməsi barədə tələb və tövsiyələrini verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər