Azərbaycanda qadın və kişilər arasında koronavirusa yoluxma nisbəti dəyişib.
Teleqraf.com-un məlumatına görə, ölkədə koronavirusa yoluxanların 21 faizi 30-39 yaş arasında, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir.
Yoluxanların 3 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir.
Bundan əvvəlki statistikada yoluxanlardan 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edirdi.