27 May 2021 12:40
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamenti (BRQSD) Respublika Həmkarlar İttifaqları Konfederasiyasının fəxri diplomu ilə təltif olunub. Respublika müsabiqəsi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə keçirilib. Bu sahədə ən yaxşı nəticələrinə görə adı çəkilən Departament fəxri diploma layiq görülüb.

Teleqraf.com xəbər verir ki, mükafatlandırma mərasimində “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, baş direktorun müavini Ramil İsgəndərov, Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov iştirak ediblər. Birliyin rəhbərliyi Departamentin hər bir məsul şəxsinin təklif, ideyalarını dinləyib və son illərdə əldə olunan nəticələri yüksək qiymətləndirilib.

R.Əliyev BRQSD-nın üzərinə düşən məsuliyyətli işi bir daha xatırlatmaqla abonentlərlə ünsiyyətdə və müştəri xidmətlərinin göstərilməsində qüsursuz davranışın vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, Bakı Regional Qazın Satışı Departamentinin müxtəlif sahələrdə çalışan 1306 əməkdaşı var. Onlar paytaxt Bakı və Abşeron yarımadasında təbii qazdan istifadə edən 918 440 abonentə xidmət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər