"Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir".
Teleqraf.com xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
"Tezliklə muxtar respublikaya səfərlər bərpa ediləcək", - deyə o qeyd edib.
Xatırladaq ki, N.Allahyarova bir qədər əvvəl keçirdiyi mətbuat konfrasında Bakıdan Naxçıvana avtobusla sərnişin daşımalarının bərpa edilməsinin hələ ki, nəzərdə tutulmadığını bildirib.