Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Post-patrul taboruna yeni komandir təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu vəzifəyə daha öncə Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün komadiri işləmiş polis mayoru Mübariz Məmmədov təyin olunub.