Azərbaycanının Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqilliyinin elan edildiyi tarixi binanı ziyarət ediblər.
Teleqraf.com xəbər verir ki, səfir Faiq Quliyev AXC-nin müstəqillik bəyannaməsinin oxunduğu zalın girişində yerləşən xatirə lövhəsinin önünə gül çələngi qoyub.
Bildirilib ki, bina indi Gürcüstanın Milli Gənclər Sarayı kimi fəaliyyət göstərir.
Səfir binanın otaqlarını gəzib, burada görülən işlərlə maraqlanıb.
Sonda xatirə şəkli çəkdirilib.