İnsan dərisi orqanizmdəki dəyişikliklərə həssaslıqla reaksiya verir. Üzdə sızanaqların çıxması daxili problemlərin xəbərçisidir.
Teleqraf.com xəbər verir ki, xüsusilə ağız, burun ətrafında sızanaqlar varsa, bağırsağın həzm sisteminin şlaklarla dolu olmasına işarədir.
Problemin öhdəsindən gəlmək üçün ilk olaraq qidalanma rejiminizə diqqət edin. Şəkərli qidalar, qazlı içkilər, qızartma, şirniyyatlardan uzaq olmağınız vacibdir.
Sızanaqların yaranmasına digər səbəb isə stressdir. Əsəbi olduğunuz zaman orqanizm adrenalin hormonu istehsal edir. Belə olduqda, ilk olaraq əsəblərinizə hakim olmalısınız. Gecə yatmazdan əvvəl sakitləşdirici bitki çayı için. Yağlı dəri üçün olan lasyonlardan istifadə edin.
Çənə, boyun və çənə altındakı sızanaqlar hormonal pozuntudan xəbər verir. Əgər belə hal mensturasiyadan əvvəl baş verirsə, narahat olmayın. Amma uzun müddət davam edirsə, ginekoloqa və ya endokrinoloqa müraciət etməyiniz tövsiyə olunur.