Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı (MHP) Şuşada inşası nəzərdə tutulan məktəb layihəsinin reallaşmayacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Baxçalı Tvitterdə paylaşımında layihəyə maddi dəstək üçün toplanan maddi vəsaitin geri qaytarılacağını qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti daha fərqli məktəb layihəsi təqdim edib: "Əlbəttə, bu, onların ən təbii haqqıdır, bizə də hörmət etməkdən başqa seçim qalmır".