30 May 2021 13:44
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu keçəcək. Müzakirə ediləsi məsələlər çoxdur".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Əslində, nəqliyyat sahəsi həmişə bizim gündəliyimizdə ön sıralarda idi. İkinci Qarabağ savaşından sonra bunun önəmi daha da artdı. Çünki əvvəlki illərdə birgə həyata keçirdiyimiz layihələrlə yanaşı, yeni layihələr də artıq masa üzərindədir. Bizdə çox güclü işbirliyi tarixi var. Əlbəttə ki, bunların arasında Bakı-Tbilisi-Qars dəmir yolunun birgə inşa edilməsinin xüsusi önəmi var. Bu, bildiyiniz kimi, Şərq-Qərb koridorunun önəmli hissəsidir. Son illər bu koridor yolu ilə yüklərin həcmi daha da artır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər