2021-ci il üçün hazırlıq planına əsasən şəxsi heyəti maraqlandıran məsələlərin öyrənilməsi məqsədilə Azərbaycan Ordusunda anonim sorğular keçirilir.
Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi zabitlərinin iştirakı ilə keçirilən sorğular zamanı hərbi qulluqçularla müxtəlif mövzularda söhbətlər aparılır, onların xidmətlə bağlı sualları cavablandırılır və müraciətləri qeydə alınaraq tədbirlər görülməsi üçün müvafiq addımlar atılır.
Görülən işlərin təsir və effektivliyinin artırılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən sorğular bütün qoşun növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə planlı şəkildə il ərzində həyata keçiriləcək.