31 May 2021 20:15
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Teleqraf.com-a açıqlamasında bildirib ki, "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın mərkəzinə səfərləri məhdudlaşdırmağı tövsiyə edirik: “Bakı şəhər ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə 8 iyun tarixinədək bağlanacaq və yaxud istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə təqdim etdiyimiz məlumata əlavə olaraq bildirmək istəyirik ki, xüsusən yük avtomobillərinin sürücüləri onların hərəkətlərini tənzimləyən hüquqi və fiziki şəxslərdən paytaxtın mərkəzinə səfərlərini məhdudlaşdırmaları tövsiyə olunur. Şəxsi minik avtomobili hərəkət edən vətəndaşlarımızın isə paytatxtın küçə və prospektlərində parkalanma imkanlarının az olduğunu nəzərə almaqla ictimai nəqliyyata üstünlük vermələrini, xüsusiilə bu dövrdə dayanma və durma qaydalarına riayət etmələrini, sürücülərin DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini xahiş edirik”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər