İlkin olaraq aparılan tədqiqatların nəticələrinə görə, Qaradağ rayonunda Sahil Çimərliyi, Səbail rayonununda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi və Xəzər rayonunda Türkan çimərliyində aparılan bakterioloji tədqiqatlarda bu çimərliklərin çirkli olması müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, Novxanı, Goradil, Sabunçu, Zaqulba çirmərlikləri əhalinin istifadəsi üçün yararlıdır: "Tədqiqatlar bölgələrdə də davam etdirilir. Çirklilik səviyyəsi laboratoriya təhlillərinə əsasən müəyyənləşdirilir. Yaxın zamanda vətəndaşlara nəticələr elan ediləcək".
Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Ziyəddin Kazımov əlavə edib ki, ölkənin şimal və cənub zonalarında da tədqiqatlar aparılmaqdadır.