Rusiyanın Azərbaycan Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə bu təşkilat Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə xeyriyyə aksiyaları keçirib.
Teleqraf.com xəbər verir ki, RAGB Moskva Şəhəri Ailə və Uşaqlara Dəstək Mərkəzinin səyyar tədbirlərinin həmtəşkilatçısı olub, təbil çalmaq, rəqs və akvaqrimlər çəkilməsi üzrə ustad dərsləri keçirib. Uşaqlar “Yallı” rəqsini ifa edib, badminton və digər oyunlar üzrə məharətlərini göstəriblər.
Tədbirin sonunda bu müəssisədə tərbiyə alanları xoş bir sürpriz gözləyirdi: onları plova və şirniyyata qonaq ediblər.
RAGB “Anqelı sredi nas” (“Mələklər bizim aramızdadır”) xeyriyyə fondu ilə birlikdə “Uşaqlıq - sən və mənik” adlı daha bir bayramın təşkilində iştirak edib. Bu bayramın qonaqlarını Rodion Qazmanov, “Moonisha”, Pyer Narsis, Karolina-Kristel və başqa artistlər təbrik ediblər.
Tədbirdə uşaqlar özləri də çıxış edib, “AlT” Uşaq Estrada Teatrının çıxışı tamaşaçıları sevindirib.
RAGB-nin Həştərxan, Rostov və Volqoqraddakı regional bölmələri həmin şəhərlərdə oxşar xeyriyyə aksiyaları təşkil ediblər.