4 İyun 2021 17:44
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Statistikaya görə, ölkəmiz dünyada azsulu ölkələr sırasındadır.

Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, su ehtiyatlarımız tükənmək üzrədir: "Son 50 ildə ölkəmzidə su ehtiyatlarının azalması ilə bağlı məlumatlar var. İşğaldan azad olunmuş ərazilərdə yeni anbarların tikilməsi, mövcud anbarların təmir olunması ilə bağlı işlər görülür".

Nazir müavini bildirib ki, ölkəmizdə suya qənaət edən texnologiyalar tətbiq olunur: "Abşeron yarımadasında 5 min hektara yaxın ərazi damcı suvarma ilə sulanır. 2 min hektara yaxın ərazi isə çirkab sularının təmizlənməsindən alınmış sularla suvarılır.

Bu təcrübə Bayıl və Badamdar ərazisində yerləşən çirkab sularının təmizlənməsi vasitəsilə aparılır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər