İyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək yaralanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rejissoru Emin Məmmədov xəstəxanadan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə E.Məmmədov özü məlumat verib.
O qeyd edib ki, Gəncə hospitalından çıxdığını bildirib: "Yüngül yaralarım var, Allah şəhidlərimizə rəhmət eləsin".
Emin Məmmədov qeyd edib ki, dünənki partlayışda həlak olan Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət etmək üçün bu gün Bakıya gələcək.