3 Noyabr 2014 11:37
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 3-dən Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" tədbiri keçirilir.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə gedərək hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər verəcək və müzakirələr aparacaqlar.

Silahlı Qüvvələrdə "NATO Günləri"ə noyabrın 7-də başa çatacaq.

BƏXTİYAR


Müəllif: