Professor, hüquq elmləri doktoru Rüstəm Məmmədovun Almaniyada kitabı çap olunub.
Teleqraf.com bildirir ki, beynəlxalq hüquq üzrə professorun Almaniyada nəşr edilən əsəri “Nizami Gəncəvinin əsərlərində beynəlxalq hüquq məsələləri” adlanır.
Məlumat üçün bildirək ki, professor Rüstəm Məmmədov 27 monoqrafiyanın və qlobal dünyanın problemlərinə dair 200-dən çox məqalənin müəllifidir.