Ədəbiyyat Muzeyində qadın hökmdarlar elmi müzakirəyə çıxarıldı
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində türk-islam dövlətlərində xanım hökmdarlar və naibələr mövzusuna həsr edilmiş növbəti elmi seminar məşğələsi keçirilib.
Miladdan əvvəl və miladdan sonra IX əsrdən başlayaraq XII əsrə qədər türk mənşəli qadınların islam dövlətlərində - yaxın və uzaq Şərq ölkələrində hakimiyyətə rəhbərlik etmələri, dövləti idarə etmələri və elm, sənət, din, siyasət sahələrində böyük uğurlarından bəhs edən filologiya üzrə fəlsəfə doktoru Məlahət Kələntərli avropamərkəzçilik ideyasını qərbin qərəzli və subyektiv baxışlarını dəqiq misallarla təkzib edib.
Seminar məşğələsi filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli, filologiya üzrə fəlsəfə doktorları Natavan Mustafayeva, Afət Qədirova, Səadət Bünyadova və digərlərinin çıxışları ilə davam etdirilib.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
NİGAR